Siyasət:Vikimedia Fondu Təqaüdlü Səyahət Siyasəti
Appearance
Bu siyasət və ya prosedur Vikimedia Fondu tərəfindən hazırlanıb. Nəzərə alın ki, bu məzmunun orijinal ingiliscə versiyası ilə tərcümə arasında məna və ya təfsirdə hər hansı bir fərq olarsa, orijinal ingiliscə versiyası üstünlük təşkil edir. |
Vikimedia Fondu ("WMF") hesab edir ki, icma üzvlərinin üzbəüz görüşləri Vikimedianın layihələrinin davamlılığı və gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Vikimedia hərəkatında iştiraklarını və sədaqətlərini tanımaq məqsədilə Fond bu tədbirlərin bir çoxu üçün səyahət təqaüdləri təqdim edir. Aşağıdakı siyasət, Vikimedia Fondu adından səyahət edən təqaüdçülərin hansı tədbirdə iştirak etmələrindən asılı olmayaraq, bərabər şəkildə rəftar olunmasını təmin etmək üçün hazırlanmışdır. Nəzərə alın ki, təqaüdlər yalnız müraciət zamanı 18 yaş və ya daha böyük olan şəxslər üçün mövcuddur.
- Vikimedia Fondu tərəfindən verilən səyahət təqaüdünə səyahətçinin yaşadığı şəhərin hava limanı ilə təyinat şəhəri arasında təsdiqlənmiş gəliş və gediş tarixlərində gediş-gəliş ekonom sinif aviabileti daxildir. Səyahət tarixlərinin və ya marşrut üzrə hava limanlarının dəyişdirilməsi tələbləri, yalnız bu dəyişikliyin zəruriliyi əsaslandırıldığı halda təmin oluna bilər.
- Vikimedia Fondu adından səyahət etməyə razılıq verərək, səyahətçi bütün səfərlərdə sağlamlıq və təhlükəsizliklə bağlı risklərin mövcud olduğunu, eləcə də gözlənilməz xərclərin yarana biləcəyini qəbul edir. Fövqəladə hal baş verdikdə, səyahətçilər yalnız telefon vasitəsilə əlçatan olan Vikimedianın təcili səyahət resursları — o cümlədən səyahət agentliyi və tibbi yardım təminatçısı — ilə əlaqə saxlaya bilmək üçün zəruri vasitələrə malik olmaqlarına görə məsuliyyət daşıyırlar.
- Səyahətçilər təyinat və tranzit ölkələrinin bütün giriş/çıxış tələblərinə — o cümlədən tələb olunan vizalar, peyvənd sertifikatları və bunlarla bağlı xərclər — cavab verməyi təmin etməkdən məsuliyyət daşıyırlar.
- Səyahətçilər yerli ictimai sağlamlıq tövsiyələrinə əməl etməlidirlər.
- Səfərdən əvvəl: Əgər səyahətçi özünü pis hiss edirsə və ya səfər zamanı xəstələnməsinə səbəb ola biləcək bir xəstəliyə yoluxma ehtimalından narahatdırsa, səyahət etməməlidir.
- Tədbirdə olarkən: Əgər səyahətçi özünü pis hiss edirsə və ya xəstəliyə yoluxma ehtimalından narahatdırsa, bütün görüşlərdə otel otağından onlayn şəkildə iştirak etməlidir. Əgər səyahətçi evə qayıtmaq üçün çox xəstə olarsa və/yaxud yerli ictimai sağlamlıq tövsiyələrinə əsasən karantinə qərar verilərsə, WMF onların uçuş biletinin dəyişdirilməsi və ya oteldə qalma müddətinin uzadılması ilə bağlı bütün xərcləri qarşılayacaq.
- Ləğv edilmələr
- Əgər təqaüd alan şəxs təşkilatçılara bilet bron edilməmişdən əvvəl tədbirdə iştirak edə bilməyəcəyi barədə məlumat verərsə, o, gələcək təqaüdlər üçün müraciət edə bilər
- Səyahətçiyə biletləri verildikdən sonra səfərini ləğv etmək lazımdırsa, uçuş biletlərinin ləğv edilməsi üçün uçuşdan ən azı 72 saat əvvəl Səyahət və Toplantı Komandası ilə əlaqə saxlamalıdır. Bu halda, təqaüd alan şəxs bir il ərzində WMF tərəfindən maliyyələşdirilən hər hansı tədbirə (Vikimaniya və Vikimedia Konfransı daxil olmaqla) səyahət təqaüdü üçün müraciət edə bilməyəcək. Xəstəlik, viza ala bilməyənlər və ailə problemləri kimi digər yüngül hallar üçün istisnalar ediləcək.
- Səyahət və Toplantı Qrupu ilə ümumiyyətlə əlaqə saxlamamaq şəxsin Vikimedia Fondundan gələcək səyahət təqaüdü almaq hüququna daimi təsir göstərə bilər.
Qeydlər
Siyasət yenilənib:
